LVMH Group gənc istedadlı dizaynerlərin mükafatlandırılacaqları "LVMH Young Fashion Pesigner Prize" premium mükafatını elan etdi. Hər il məhşur moda evlərindən olan dizaynerlərin daxil olduğu münsiflər heyəti ilin ən yaxşı gənc istedadlı dizaynerini seçəcək.
LVMH isə qalibə 300 000 avro dəyərində pul mükafatı verəcək. Bundan əlavə LVMH Group fərdi maliyyə və texniki dəstək göstərəcək. LVMH mükafatı laureatı özlərinin moda markası üzrə yaranan bütün məsələlərlə bağlı suallara öz qrupu ilə məsləhətləşərək cavab verəcək.
Münsiflər heyəti həmçinin 10 000 avro dəyərində pul mükafatı və onlara qrup evlərinin birində yaradıcı komanda hissəsi olamaq üçün LVMH ilə bir illik müqavilə bağlamaq şansı verilən ən yaxşı üç məzunu da seçəcək.
Müsabiqədə qadınlar və kişilər üçün ikidən səkkizə qədər moda kolleksiyası yaratmış (aksesuarları istisna olmaqla), 18-40 yaş arası dizaynerlər iştirak edə bilər.Müsabiqədə iştirak etmək üçün namizədlər moda məktəbində 3 il müddətində kurs keçməlidirlər.
İşlər 2014-cü ilin fevral ayının 2-nədək qəbul olunacaq. 10 iştirakçıdan ibarət olan qısa siyahı mart ayında, final qalibi isə may ayında elan olunacaq.