Johnny Walker sərxoş olarkən sükan arxasında olmağın nə dərəcədə təhlükəli olduğunu izah edən 90 saniyəlik mükəmməl reklam çarxı hazırladı.
Çarxda Iris Singaporedən hazırlanmış viski stəkanları yarış avtomobili kimi formalaşır daha sonra isə minlərlə parçaya bölünür. Join The Poct adlanan və sükan arxasında olarkən içki içməmək haqqında söz verib, sənəd imzalamağa çağıran bu film Johnny Walkerin təşəbbüsü ilə hazırlanıb.
Bunu hashtag#ImNOTdrivingdən istifadə edərək Facebook və ya Twitter vasitəsilə etmək olar. Şirkətin məqsədi bu vasitə ilə bütün dünyada sükan arxasında olarkən təhlükəsizliyi təmin etmək üçün milyonlarla imza toplamaqdır. Layihəyə ikiqat çempion olan F1 Mika Hakkinen də qoşulub və imzalayıb.