GM avtomobil konserni ona məxsus Opel kompaniyasını dirçəltmək niyyətindədir. Konsern 2016-cı ilə qədər bu məqsədlərə 4 milyard avro yönəldəcək. Həmin vəsait kompaniyanın restrukturizasiyasına və yeni modellərin hazırlanmasına sərf ediləcək. Qeyd edək ki, Avropanın avtomobil bazarında hazırda “Opel”in payı 6,8 faizdir.