Audi, yeni yığcam SUV modeli Q1-i, 2016-cı ildən etibarən istehsalına başlayacağını açıqlayıb. “Audi”nin idarə heyəti sədri Rupert Stadler, Q Ailəsinin ən yeni üzvünün Almaniyanın İnqolştat şəhərindəki zavodda istehsal ediləcəyini bildirb.


 


“Q1 inkişaf  strategiyamızın çox əhəmiyyətli ünsürü olacaqdır.Həmçinin markamızın davam edən inkişafına təkan verəcək və beynəlxalq rəqabət gücümüzü daha da artıracaqdır " – o deyib. 



 


Stadler qeyd edib ki, Q1-in yığcam (kompakt) SUV sinifinin ən müvəffəqiyyətli modellərindən biri olması hədəflənir. İnqolştatda istehsal ediləcək  Q1 ilə Audi, hal-hazırda təqdim etdiyi 49 model sayını, 2020-ci ilə qədər 60-a çıxarmağı hədəfləyir. Audi Q Ailəsinin Azərbaycanda  Q3, Q5 və Q7 modelləri satışa təqdim edilir.