Jack Daniels Arnold Furnace agentliyi ilə birgə 3d onlayn-formatında Linçburq zavodunda, Tennese şirkətinə həsr olunmuş Milad kampaniyasına başladı. Jack Daniels ABŞ-da spirtli içkilərin istehsalı üzrə iri müəssisədir. Saytın ziyarətçiləri onun ərazisində “gəzinti” edib və məhşur viskinin istehsalının nədən ilhamlanaraq başladığı haqqında daha çox məlumat ala bilərlər.
Ziyarətçilər Linçburqa səfər etmək və “Jack Daniels”dən viski şüşəsi əldə etmək hüququ qazanacaqlar. Həmçinin saytdan markanı təmsil edən Milad açıqcası da göndərmək mümkün olacaq. Bundan əlavə saytda zavodun ərazisində yerləşən "Barbecue Hill" restoranında olan bəzi yeməklərin hazırlanma qaydası da var. Marka meneceri Luiz Schmidtin sözlərinə görə : “Jack Daniels Christmas-Milad kampaniyası markanın məhşur olma prinsipləri əsasında qurulmuş maraqlı bir təcrübədir”.