Amerika Birləşmiş Ştatlarında nəhəng hava yolu şirkətləri “American Airlines”“US Airways”, rəsmi olaraq birləşdiklərini açıqlayıb. Beləcə dünyanın ən böyük hava yolu şirkəti ortaya çıxıb.


 


Dünya miqyasında 100 mindən çox işçisi olacaq şirkət, 50 ölkədə, 330-dan çox nöqtəyə, gündə 6 min 700 uçuş reallaşdıracaq. “American Airlines” adını alan şirkətin gəlirinin 40 milyard ABŞ dollarına çatacağı təxmin edilir.