Marry Barra, ABŞ-ın avtomobil nəhəngi General Motors-un sükanı arxasına keçərək qlobal avtomobil sektorundakı ilk qadın icraçı direktor (CEO) oldu. Qlobal avtomobil sektorunda ilk dəfə bir şirkətə qadın CEO təyin edilib.
ABŞ-lı avtomobil nəhəngi “General Motors”dan (GM) verilən açıqlamada bildirilir ki, hazırda şirkətin icraçı direktoru vəzifəsini icra edən Dan Akersonun yerinə firmanın Qlobal Satınalma və Tədarük Şəbəkəsi bölməsinin direktor müavini Marry Barra təyin edilb.
51 yaşındakı Barra, icraçı direktor vəzifəsini 15 Yanvar 2014-cü il tarxindən icra etməyə başlayacaq. Dünyanın ən böyük avtomobil şirkətlərindən birinin rəhbəri olan Barra, karyerasına 30 il əvvəl “GM”in zavodunda təcrübəçi kimi başlamışdır.
“GM”in yeni CEO-su eyni zamanda dünyanın ən güclü qadınları siyahısında 35-ci sıradadır. Oktyabr ayında 65 yaşına çatan hazırkı direktor Akerson, bir müddətdir idarəçiliyi buraxmağı planlaşdırdığını söyləmişdi. Onun həyat yoldaşına xərçəng diaqnozu qoyulması isə bu qərarını tezləşdirmişdir.