ABŞ hökuməti maliyyə böhranından xilas olmaq üçün General Motors (GM) şirkətindəki səhmlərinin son hissəsini bu ilin dekabr ayının 10-da satıb. ABŞ hökuməti şirkəti qurtarmaq üçün 2009-cu ildə 10 milyard dollar xərcləmişdi.


 


Böhran dövründə dövlət tərəfindən təmin edilən dəstəklər sayəsində 1,5 milyon insan işini itirməkdən xilas olub. Həmçinin  fərdi sığorta və sosial sığorta haqqlarından da 105,3 milyard dollar vəsait əldə edilməsi təmin edilib. Qeyd edək ki, GM bu ilin ilk doqquz ayında 4,3 milyard dollar gəlir əldə edib.