UNİQLO iOS üçün kulinariya tətbiqini təqdm etdi. "UNIQLO RECIPE” geyim, ərzaq və musiqi arasında paralel aparılır. Amerikanın altı gənc aşbazı "LifEWear" markasının "Clothes for a better life, for everyone, every day" (hər kəs üçün, daha yaxşı bir həyat üçün geyimlər) şüarından ilhamlanaraq orijinal və sadə resept hazırladı.
Aşabzların hər biri səhər yeməyi, desert, nahar və şam yeməyi üçün dörd resept təqdim etdi. Hazırlığın bütün mərhələlərində fotoşəkillər təsvir olunub. Burada həmçinin hər bir yemək üçün bəhriz məlumatları da göstərilib. Aşbazların hər biri onları resept hazırlamağa ilhamlandıran “UNİQLO”nun geyimi ilə fotoşəkillər çəkdirdi.
Bu məhsulları "UNIQLO RECIPE”dən birbaşa əldə etmək mümkündür. Bundan əlavə, burada həmçinin onun sədaları altında yemək hazırlamaq və yemək xoş təsir bağışlayan musiqilər də var. Bu saytda bütün reseptlər və aşbazlar ilə aparılmış müsahibələr yer alıb.