Israilin liman şəhəri Hayfada quru yemiş satan mağazanın daxili divar boyası tökülüncə altından Osmanlı zabitinin çəkdiyi bir rəsm çıxdı . Divarı boydan boya örtən 10 metr enində , 3 metr yüksəkliyindəki şəkil Birinci Dünya Müharibəsi zamanında , İngilislərin Hayfada olan Osmanlı ordusuna etdiyi hava hücumunu mövzusunu əks etdirir.


 


İsrailin Hayfa şəhərində Birinci Dünya Müharibəsi zamanı bölgədə Osmanlı ordusunun yaşadığı qarşıdurmaları əks etdirən tarixi divar rəsmi tapıldı. Bir quru yemiş mağazasının daxili divarını boydan boya örtən şəkil , alverə gələn universitet şagirdinin diqqəti nəticəsində meydana çıxdı. 


 


Divardan tökülən boyanın altında miniatür şəklində bir əsgər başının çəkildiyini görən universitet şagirdi dərhal Akka şəhərində olan divar şəkilləri mövzusunda mütəxəssis olan yoldaşını axtardı. Səhəri gün gəlib divarı araşdıran ekspert boya altında böyük bir şəkilin ola biləcəyini söylədi. Vəziyyət Hayfa Universitetində işləyən Alison Hortig adlı arxitektura çatdırıldı. Daha sonra universitet şagirdi ilə mütəxəssis yoldaşı , yanlarına " Hayfa Tarix Birliyi " üzvü, tarix mütəxəssisi Eli Liranı da alaraq mağazanın sahibindən icazə alıb boyanı diqqətlə qazımağa başladılar. Uzun və diqqətli bir işin sonunda boyanın altından bir şəkil çıxdı.


 


Şəkil Birinci Dünya Müharibəsi zamanı Hayfada məskunlaşan Osmanlı ordusunu bölgədən çəkilmək məcburiyyətində buraxan İngilis hava qüvvələrinin hücumunu əks etdirirdi. Şəkildə Türk topçusuna aid təyyarənin İngilis təyyarələrini havada vurmasından , təyyarələrin bombaladığı yerlərdə yaralanan və ya ölən Türk əsgərlərinin xərəyə daşınmasına qədər onlarla detal bir miniatür kimi təsvir olunub. 10 metr enində , 3 metr hündürlüyündə divarın üçdə ikisinin qazınması nəticəsində ortaya çıxan şəklin altında rəsmi çəkən rəssamın "Edip Kamal " və " Otel Zahara Suriya " imzası ortaya çıxdı.