Bank Respublika öz Facebook dostlarını bilik müsabiqəsinə dəvət edir. Bank Respublika Yeni İl ərəfəsində öz Facebook dostlarını maraqlı viktorinada iştirak etməyə dəvət edir. “Yeni İL vikotinası” Yeni ilə 8 gün qalmış 23-30 dekabr tarixlərində keçiriləcək.



Bu bilik yarışmasında 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşları müəyyən edilmiş qaydalara riayət etmək şərti il iştirak edə bilər: İştirakçı “Bank Respublika”nın Facebook səhifəsinin fanı olmalıdır.



Viktorina haqqında dərc olunan statusa “İştirak edəcəm” şərhini yazamalıdır. Gün ərzində Facebook istifadəçilərinə 3 sual veriləcək. Saat 11:30-da, 14:30-da və 16:30-da. Suallar müxtəlif mövzularda (əsasən məntiq, bank və iqtisadiyyata dair) tərtib olunacaq. Ən çox suala düzgün cavab vermək üçün ən az vaxt sərf edən istifadəçi “Günün qalıbi” elan olunacaq.



“Günün Qalibinə” balansında 100 AZN vəsaiti olan “Bank Respublika”nın plastik kartı və digər xüsusi Yeni İl həddiyyələri təqdim ediləcək! Qaydalara əsasən hər bir istifadəçi hər verilən suala 1 dəfə cavab yaza bilər. Viktorinanın qaydaları ilə daha ətraflı Bankın Respublikanın rəsmi saytında tanış ola bilərsizniz.