Əfsanəvi mikroavtobus artıq rəsmi olaraq istehsal edilməyəcək. 1960-cı illərin ən məşhur vasitələrindən biri olan Volkswagen (VW) "Kombi"nin istehsalının davam etdiyi tək ölkə olan Braziliyada artıq cümə günündən etibarən bir daha istehsal edilməyəcək.
Vasitənin istehsalının dayandırılmasının səbəbi təhlükəsizlik tələblərinə uyğun olmamasıdır. Ancaq Braziliya Maliyyə Nazirliyinin əfsanəyə çevrilmiş vasitənin istehsalı üçün bir istisna icazənin veriləcəyi barədə xəbərlər yayılıb.
“Kombi”, Braziliyada 1957-ci ildən bu yana istehsal edilir. Eyni zamanda, “Kombi” mikroavtobusu avtomobil sənayesinin ən uzun müddət istehsal edilən modeli olaraq da bilinir.