Simon Beck qarın üzərində tələsmədən yeriyərək onu möhtəşəm sənət əsərinə çevirir. Hər qış günü Simon Beck Savoy donmuş gölü üzərində gəzintiyə çıxır. Qar üzərində 5-9 saat davam edən  gəzintidən sonra onun ayaq izləri aydın bir şəkildə görünən həndəsi fiqurlara çevrilir. Hər bir belə rəsmin ölçüsü üç futbol meydançası böyüklüyündədir.


 


Qar üzərində olan bu sənət əsərinin ən qeyri-adi xüsusiyyəti  ondadır ki, onlara yüksəkdən baxdıqda 3D effekti verir. Bu möhtəşəm sənət əsərinin ömrünü yalnız hava şəraiti müəyyənləşdirir. Belə ki, güclü külək əsdikdə və yaxud qar yağdıqda rəsimlər korlanır. Bəzən Simon Beck korlanmış rəsmi yenidən bərpa edir, bəzən isə tamamilə yenisini yaradır.