Avro Bölgəsinə yeni bir ölkə qatılır. Latviya 1 yanvar 2014-cü ildən etibarən Avro pul vahidə keçərək Avro Bölgəsinin 18-ci üzv ölkəsi oldu. 2 milyon əhaliyə malik bu Baltik ölkəsi, 2004-cü ildən bu yana Avropa Birliyi sərbəst bazarına üzvdür.
Ölkənin Avroya keçişi üçün yaşıl işıq 2013-cü ilin iyun ayında yandırılmışdı.Latviya vətəndaşları 1 yanvardan etibarən yerli pul vahidi olan latı hər hansı bir əvəz ödəmədən Avro ilə dəyişdirə biləcəklər. Hər iki pul vahidinin də qüvvədə olacağı iki həftəlik keçiş müddətinin ardından lat qanuni ödəniş vasitəsi olmaqdan çıxacaqdır.