Çin 2013-cü ildə ticarətdə ABŞ-ı keçərək dünya birincisi olub. Artıq dünya ticarətində ən böyük ABŞ deyil, Çin 2013-cü ildə illik 4.16 trilyon dollar ticarət həcmilə ABŞ-ı keçib. ABŞ-da 12 aylıq rəqəmlər hələ açıqlanmayıb, ancaq 11 aylıq rəqəmlərə baxıldıqda ticarət həcmi 3,57 trilyon dollar həcmində olmuşdur.
Dekabr ayı rəqəmi belə nəzərə alınsa ABŞ-ın ticarət dövriyyəsinin 4 trilyon dollara çatmayacağı məlumdur. Beləcə, Çin bu vəziyyətdə dünya ticarətinin ən böyüyü mövqeyinə çıxır.
2013-cü ildə Çinin ixracı 7,9% artımla 2,21 trilyon dollara çatıb. İdxal isə 7,3% artımla 1,95 trilyon dollara yüksəlib. "Daxili tələb qorxulduğu qədər az deyil" Fransanın "Credit Agricole" bankının Honq-Konq mərkəzinin iqtisadçılarından Dariusz Kovalczyk, "Çindəki ticarət həcmi ölkədəki daxili tələbin qorxulduğu qədər az olmadığına işarədir"- deyib.