Stasionar və mobil rabitə operatorları üçün iri telekommunikasiya avadanlığı istehsalçılarından biri Nokia Siemens Networks şirkəti LTE Advanced (4G) şəbəkəsində məlumatların ötürülmə sürətinin yeni rekorduna imza atıb. Şirkət təcrübi rabitə kanalının buraxılış qabiliyyətinin 1,429 Qbit/saniyəyə çatmasını elan edib. Sistemdən böyük həcmli faylların eyni anda ötürülməsi və yüksək keyfiyyətli videonun axınlı yayımlanması üçün istifadə olunub. Təcrübədə Flexi Multiradio 10 kommersiya baza stansiyası tətbiq olunub, Kompulenta yazır.