Yahoo şirkəti Facebook sosial şəbəkəsini əqli mülkiyyət hüququnun pozulmasında ittiham edir. Hər iki şirkət nümayəndələri artıq dünən danışıqlar aparmaq üçün görüşüblər. Danışıqlarda reklamın yerləşdirilməsi, xəbərlər lentinin doldurulması, şəxsi funksiyaların və məlumatların idarə olunması texnologiyaları daxil olmaqla, Yahoo-ya məxsus 20 patentin 10-u müzakirə olunub.
Yahoo-da görüş barədə ətraflı məlumat verməkdən imtina edərək iri sosial şəbəkə ilə məhkəmə araşdırmalarının aparılması üçün təkid edəcəklərini qeyd ediblər. Bununla bərabər, maliyyə iddiasının məbləği barədə hələlik məlumat verilmir.
İT-korporasiya nümayəndələri bəzi şirkətlərin artıq onların istifadə etdikləri informasiya məhsulları üçün patent lisenziyalarını əldə etdiklərini bildiriblər. Yahoo-dan vurğulayıblar ki, Facebook tərəfindən analoji addımların atılacağını gözləyirlər, çünki şirkət səhmdar və əməkdaşlar qarşısında məsuliyyət daşıyır və buna görə də öz əqli mülkiyyət hüququnu qorumağa çalışacaq, RBK yazır.
Qeyd etmək lazımdır ki, Yahoo tərəfindən ittihamlar Facebook-un birjaya çıxmaq barədə planları elan edildikdən dərhal sonra səsləndirilib.
Məsələ məhkəmə araşdırmaları ilə nəticələnsə, bu məhkəmə işi sosial media bazarında birinci ola bilər.