Dell korporasiyası bundan sonra personal kompüterlərin (PK) istehsalını və satışını başlıca biznes hesab etmir. Şirkətin korporativ həllər istehsalı üzrə bölməsinin prezidenti Bred Anderson bildirib ki, Dell daha “PK-şirkət” yox, “İT-şirkətdir”.
“Dell biznesinin strukturuna əhəmiyyətli dəyişikliklər edir. İndi bu parlayan sistemlərin deyil, İT-həllərin buraxılışıdır”, - o əlavə edib.
Şirkətin mövqeyini Dell-in rəhbəri Maykl Dell də təsdiq edib. “Dell əslində PK-şirkət deyil. Bu, müştərilərinin tələbatını həqiqətən başa düşərək əvvəldən axıradək İT-həllər təklif edən şirkətdir”, - korporasiya rəhbəri qeyd edib.
Cnews-un yazdığına görə, bir vaxtlar nəhəng PK istehsalçısı olan və mövqeyini HP-yə verən Dell-in istəyi HP kimi kompüter biznesindən uzaqlaşması başa düşüləndir. Analitiklər “personal kompüterlərdən sonrakı” dövrə daxil olan ənənəvi kompüter bazarının gələcəyi barədə nikbin olmayan proqnozlar verirlər.