Ürək xəstəliklərinin öyrənilməsi ilə məşğul olan “Heart Research UK” təşkilatı yeni layihə başladıb. Beynəlxalq layihə #InstaHeartAuction  McCann London agentliyi ilə birlikdə hazırlanıb.


 


İstifadəçilərə “Instagram"da sevgililər günü ərəfəsində təqdim olunub. İstifadəçilər fevral ayının 21-dək keçmiş sevgililərinin onlara vermiş olduğu hədiyyələri hərracda sata biləcəklər.


 


Bunun üçün sadəcə olaraq həmin əşyalar ilə şəkil çəkdirib  #InstaHeartAuction hashtagı altında“Instagram"a yükləmək və onu yeni sahibinə vermək üçün məkan təyin etmək lazımdır. İstifadəçilər fevral ayının 21-dək əşyaları hərraca qoya biləcəklər. Hərracdan əldə olunan bütün gəlir isə “Heart Research UK” təşkilatının tədqiqatına sərf olunacaq.