Oyunları ilə insanları saatlarla ekranlardan ayırmayan “Candy Crush”ın istehsalçısı olan “King” şirkəti kütləvi açıq satışa (İPO) çıxır. Nyu-York Birjasına qatılmaq üçün rəsmi müraciət edən şirkət ictimaiyyətə satışdan 500 milyon dollar gəlir əldə etməyi hədəfləyir.
“King”, İPO üçün “JP Morgan”, “Credit Suisse” və “Bank of America”ya səlahiyyət verib. 2012-cilin dördüncü rübündə 71 milyon dollar gəlir əldə edən şirkət, gəlirlərini 2013-cü ildə 632 milyon dollara çıxardıb.
Şirkətin bu gəlirdən əldə etdiyi mənfəət isə 269 milyon dollar olub. “King”in ən çox tanınan oyunu “Candy Crush” olsa da şirkət “Pet Rescue”, “Farm Heroes”, “Papa Pear” və “Bubble Witch” kimi məşhur oyunları da bazara çıxartmışdır.