Avtomobil dünyasının Fransız nəhəngi “PSA Peugeot Citroen”, maliyyə çətinlikləri səbəbindən Çinin “Dongfeng Motor” şirkəti ilə sərmayə birləşməsi razılaşmasına gedəcəyini bəyan edib.


 


Fransız şirkət, bu razılaşma ilə birlikdə  3 milyard Avro fond təmin etməyi hədəfləyir. Bu çərçivədə  Çinli şirklətdən 800 milyon Avro dəstək alacaq. Özü də eyni həcmdə  maliyyə vəsaitini təmin edəcəkdir.


 


Yerdə  qalan  hissə isə satışla toplanacaqdır. Razılaşma ilə  “DongFeng” şirkəti “Peugeot”un  14% səhiminə sahib olacaqdır. Bu razılaşma, 200 ildir avtomobil şirkətinin nəzarətini əlində saxlayan “Peugeot” ailəsinin hakimiyyətinə də son verir. “Peugeot”, bu razılaşma ilə  Fransa hökumətindən aldığı  yardım paketindən də çıxa biləcək. 1810-cu ildə qurulan şirkət, ilk dəfə bir xarici şirkət ilə  ortaqlığa gedir.