MediaLAB Amsterdam laboratoriyası qeyri-adi "ətir saçan" boyunbağı hazırlayıb. Bu boyunbağı ətrin köməyi ilə onu daşıyan xanıma belini düzgün tutmağı xatırladır. "PosturAroma" adlanan boyunbağı Cisco şirkəti ilə birlikdə hazırlanıb.


 


Onu daşıyan xanım belini bükdüyü zaman boyunbağı ətir saçaraq duruşunu düzəltməyi xatırladır. Çiyələk, alma, vanil, nanə, mandarin qabığı, kapuçino və limon kimi ətirlər sınaqdan keçirilmişdir. Boyunbağının nə zaman satışa təqdim ediləcəyi isə məlum deyil.