CoverGirl kosmetika markası və P & G hətta bütün ətrafı onlara qarşı olduğu anda öz arzularını həyata keçirmək üçün çalışan qızlardan ilhamlanaraq “Girls Can” adlı kampaniya başlatdı.


 


“Grey New York”dan olan birinci reklam çarxı Soçidə keçirilən Olimpiya oyunları zamanı təqdim olundu. İndi  isə bu reklam çarxını şəbəkələrdə izləmək mümkündür. Reklam çarxında musiqi, kino, televiziya və idman ulduzları iştirak edib. Ulduzların arasında Pink, Katy Perry, Queen Latifah, Sofia Vergara və başqaları var.