Öz rekordunu yeniləyən IBM, 21-ci dəfə ABŞ patent siyahısında birinci oldu. IBM, 2013 – cü ildə 6,809 patent alaraq əvvəlki illərdəki kimi yeni bir rekorda imza atdı və 21 - ci dəfə ABŞ patent siyahısında lider seçildi.
IBM - in 2013 patent nəticəsi olan Watson strateji rəqabət baxımından əhəmiyyət daşıyan sahələrdə şirkətin irəliləməsini təmin edəcək böyük bir yeniliyi təmsil edir.
IBM - in patent liderliyini qiymətləndirən IBM Türk baş direktoru Isabel Gomez Cagigas "Patent liderliyimiz bizlər üçün qürur vericidir. Ən azı bunun qədər vacib olan bir başqa faktorda, bu görüşlərin, müştərilərimizin və cəmiyyətin qarşılaşdığı problemləri həll edən yeniliklər gətirməsidir" - dedi. Bu rekord 41 ölkədən 8,000 - i aşan IBM işçilərinin səyi nəticəsində reallaşdı. 2013-cü ildə IBM - in aldığı patent sayının, bir çox qabaqda gələn texnologiya və informasiya şirkətinin aldığı patentlərin cəmindən çox olduğu müşahidə edilir.