Fransanın məşhur markası Yves Saint Laurent özünün yeni məhsulu olan "Devoted To Fans" adlı göz kölgəsini Facebook sosial şəbəkəsinə həsr edib. Markanın bu məhsulu facebook sosial şəbəkəsinin rəngində təqdim edilib.


 


Qablaşdırması isə eyni ilə Facebook sosial şəbəkəsinin rəngləri ilə əhatə olunub. Mavi, qara və ağ rənglər ilə dizayn verilib. Modalar evinin marketologunun sözlərinə görə  onların sosial şəbəkədəki bu inkişafı öncəlik kəsb edir. "Devoted To Fans" göz kölgələri yalnız Yves Saint Laurent Fragrances & Beauty rəsmi facebook səhifəsində satılacaq.