UNİQLO “i am OTHER” T-shirtlərinin məhdud sayda istehsalı üçün məşhur Amerikalı müğənni Pharrell Williams ilə birləşdi. Marka Aprel ayının 1-də 19 T-shirt (12-kişi, 7-qadın) və 7 papaqdan ibarət olan kolleksiyasını təqdim edəcək.
Bu təqdimat mərasimində həmçinin Williamsın eksklüziv müsahibəsi olan film də təqdim olunacaq. Kolleksiya həyatın yaradıcı obrazından ilhamlanıb və Pharrell Williamsın kino, musiqi, geyim və televiziyanı özündə birləşdirən yaradıcı layihəsinin adı ilə adlandırılıb.