“Facebook” sosial şəbəkəsinin yaradıcısı Mark Zuckerberg internetin təhlükəsizliyi ilə bağlı ABŞ prezidenti "Barak Obama"ya müraciət edib. O, sosial şəbəkədəki statusunda internetin təhlükəsizliyinə təhdid yaradan ABŞ hakimiyyətinin fəaliyyətindən narahatlığını ifadə etmək üçün Obamaya müraciət etdiyini qeyd edib.
“Facebook”un yaradıcısı ABŞ hökumətinin fəaliyyəti haqqında çoxsaylı mesajlardan məyus və narahat olduğunu yazıb. O, qeyd edib ki, bizim mühəndislərimiz təhlükəsizliyin gücləndirilməsi üzərində dayanmadan işlədikdə biz dövlətdən deyil, kibercinayətkarlardan qorunduğumuzu düşünürük.