MINI, Mini Space yaradıcı icma platformasında yeni müsabiqə başlatdı. Müsabiqə “Hər kəs çərçivədədir”  adı altında keçirilir. Əsas element isə “Çərçivədir”. Çərçivə hər şey ola bilər: ağacın paralel böyüyən gövdəsi, pəncərə, qapı və yaxud da iki göydələn arasındakı boş sahə və başqaları müsabiqənin şərtlərində qısaca yazılıb.


 


Verilən tapşırığa əsasən fotoşəkillər, dizayn layihəsi və rəsmlər təqdim etmək olar. Müsabiqə 53 gün davam edəcək. Birinci yerin qalibi iMac 27” 3.2 GHz, ikinci yerin qalibi B&O A8 dinamiki, üçüncü yerin qalibi isə Canon EOS Rebel T3i 18-55mm IS II Lens Kit qazanacaq. Həmçinin tamaşaçıların da mükafatı olacaq. Qaliblərə tamaşaçılar tərəfindən “Studio Wireless Beats by Dre”ın qulaqcıqları təqdim olunacaq.