Avropa Parlamti mobil telefon istifadəçilərinə aid vacib bir qərar qəbul edib. Bu qərara görə Avropa sakinləri başqa ölkəyə getdiyi zaman onların tarifi dəyişməyəcək. Bu o deməkdir ki, onun danışıq və internet istifadəsinə görə ödənişi öz ölkəsindəki ilə eyni olacaqdır.
Dəyişikliyin gələn ilin 15 Noyabr tarixindən etibarən qüvvəyə minməsi gözlənilir. Ancaq yeni qərarın həyata keçməsi üçün üzv ölkələrin təsdiqi lazımdır. Avropa Komissiyasının bir araşdırması, Avropalıların 94%-nin yüksək xərclər səbəbindən ölkə xaricindəki internet istifadəsini məhdudlaşdırdığını üzə çıxarıb.