“AtaBank” ASC və “VISA” ödəmə sisteminin müştərilərinə 2014-cü ildə Braziliyadakı futbol üzrə Dünya Çempionatına getmək və iştirakçı olmaq şansı verən kampaniyası davam edir. Bundan əlavə iştirakçılar arasında eksklüziv suvenirlər oynanılacaq.
10 Mart - 30 Aprel tarixlərində keçiriləcək birgə lotereyada iştirak üçün Azərbaycanda və xaricdə, o cümlədən onlayn alış-veriş zamanı VISA kartı ilə ödəniş etmək, xaricdə bankomat vasitəsilə nağdlaşdırma əməliyyatı aparmaq kifayətdir. Məbləğdən asılı olmayaraq hər bir şəxs, VISA ilə ödədikdə, avtomatik olaraq aksiyaya qoşulur və hər aparılmış əməliyyat bir şans kimi qiymətləndirilir.
Qaliblər 2014-cü ilin may ayında təsadüfi seçim yolu ilə seçiləcəklər. Ödənişləri VISA ilə aparın və bu yay futbol həyəcanını canlı izləyin. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bakıda və ölkənin müxtəlif regionlarında bankın 25 filial və şöbəsi fəaliyyət göstərir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.