Ogilvy&Mather London agentliyi bütün dünyada insan hüquqları uğrunda mübarizə mövzusunda Amnesty International üçün kampaniya hazırladı. Məşhur heykəltəraş ikilisi Mark Landwehr və Sven Waschk 30 şamdan ibarət olan insan hüquqlarını simvolizə edən “Freedom Candles” hazırladı.
Layihənin ideyası reklam çarxında təsvir olunub. Alçaldılmış insan şəklində olan şam yanmağa başladığı zaman müsbət dəyişiklikləri simvolizə edən bürünc rəngli fiqur meydana çıxır. Şamlar 19 Apreldən etibarən eBay hərracında sərgilənəcək.