Dünyanın ən böyük e-ticarət şirkətlərindən biri olan Alibaba Groupun bu həftə ABŞ-da ilkin kütləvi təklifə (İPO) müraciət edəcəyi gözlənilir. Çinin e-ticarət nəhəngi “Alibaba Group”un, uzun müddətdir gözlənilən kütləvi ilkin kütləvi təklif müraciətini bu həftə ABŞ-da reallaşdıracağı  gözlənilir.


 


Appleın keçmiş İcraçı direktoru  John Sculley, Çinin e-ticarət nəhəngini “yüksək texnologiyanın ən qiymətlisi”  ifadəsilə xarakterizə edib. “Alibaba Group”, 2013-cü ilin son rübündə satış gəlirlərini illik əsasda  66% artıraraq 3,06 milyard dollara yüksəldib.


 


Şirkətin xalis mənfəəti isə 2 qat artaraq 1,36 milyard dollara çatıb. “Yahoo”, “Alibaba.com”un təxminən 30 milyard dollar dəyərindəki 24% səhminin sahibidir. “Reuters”, “Alibaba Group”un ilkin kütləvi təklif prosesini idarə etməsi üçün “Citigroup”, “Credit Suisse”, “Deutsche Bank”, “JP Morgan”, “Goldman Sachs” və “Morgan Stanley” ilə razılaşdığını yazıb. “Alibaba”nın səhmlərinin ilkin kütləvi satışından 15 milyard dollar gəlir əldə etməsi gözlənilir. Şirkətin bazar dəyərinin isə 153-200 milyard dollar ətrafında olacağı nəzərdə tutulur.