İngiltərənin əczaçılıq şirkəti AstraZeneca, ABŞ-ın əczaçlıq nəhəngi “Pfizer”in 106 milyard dollarlıq satın alma təklifini rədd etdiyini açıqlayıb. “AstraZeneca”dan verilən şərhdə, “Pfizer”in təklifinin şirkətin dəyərindən aşağı olduğu qeyd edilib.


 


“Pfizerin satın alma təklifi “AstraZeneca”nın səhmdarlarının əllərindəki səhmlərin dəyərini aşağı salır. Buna görə də, idarə heyəti təklifi rədd etməkdə hər hansı bir tərəddüd keçirməmişdir”, - şirkətin açıqlamasında deyilir.


 


Pfizer son dəfə təqdim etdiyi satın alma təklifini səhm başına 50 sterlinqə (84.47 dollar) çıxarmışdı. Bu artımla “Pfizer”in cəmi ödəyəcəyi məbləğ 106 milyard dollara çıxmışdı.