Pepsi şirkəti "Futbol Now" reklam kampaniyasını davam etdirir. Layihə üçün nəzərdə tutulmuş “Beats of the Beautiful Game” musiqi albomununun hazırlanmasında bütün dünyadan olan musiqiçilər cəlb olunub.
Şirkət bu reklam layihəsini brendin tarixində ən böyük musiqi, film və futbol ilə əməkdaşlıq adlandırıb. Musiqi albomunda Janelle Monae, Rita Ora, Don Omar Timbaland, R3hab kimi ifaçıların, həmçinin Pearls Negras, Jolin Tsai Yl-ling və Hassan El Shafei kimi ulduzların 11 müxtəlif üslubda musiqi parçaları yer alıb.
Musiqi parçalarının hər birini Spike Lee, Idris Elba, Diego Luna kimi məşhur rejissorların çəkdiyi qısa filmlər əhatə edir. Pepsi şirkəti həmçinin Cine Favela təşkilatının köməyi ilə Pearls Negrasın “Guerreira” musiqisinə klip çəkəcək olan gənc Braziliya rejissorlarını da layihəyə cəlb edir. Kliplərə brendin xüsusi saytında və YouTube və ya Vevoda baxmaq olar. David Bowienin "Heroes" adlı müsiqisinə çəkilmiş klip artıq izləyicilərə təqdim olunub.