“AtaBank” ASC mayın 23-də İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Binəqədi rayonunun, M.Ə.Rəsulzadə qəsəbəsində № 100 nömrəli məktəbdə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forumnda iştrak etmişdir.



Tədbirdə Bakı və ətraf qəsəbələrdə fəaliyyət göstərən 80-a yaxın sahibkar iştirak etmişdir. 2014 il ərzində “AtaBank” ASC vasitəsilə sahibkarlıq subyektlərinə 16,915 milyon manat güzəştli kredit verilmişdir.



Qeyd edək ki, "AtaBank" 2003-cü ildən Sahibkarlığa Kömək Milli Fondunun üzvüdür və bu günə kimi bank tərəfindən 92 milyon manat güzəştli kredit verilib. 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" ASC yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir. "AtaBank" ASC xidmət və məhsulları haqqında daha ətraflı məlumat almaq üçün bankın rəsmi səhifəsi www.atabank.comwww.facebook.com/atabank ünvanlarına müraciət edə bilərsiniz.