Araşdırmalar nəticəsində məlum olmuşdur ki, 80% fransız gün ərzində su içməyi unudur. Məhz bu səbəbdən də Vittel və Ogilvy Paris təşkilatı qeyri-adi dizayna malik plastik su qabları hazırlayıb və istehsal etdi.
Bu plastik su qablarının qapağında mexaniki saat var. İnsan hər dəfə həmin qapağı açıb və yenidən bağladığı zaman saat öz-özünə quraşdırılır. Qapağın bağlanmasından bir saat sonra ondan balaca bayraq yüksəlir və bu balaca bayraq öz sahibinə “artıq bir saat keçdi və su içmək zamanı olduğunu” xatırladır. Bunun nəticəsində məlum oldu ki, insanlar böyük məmnuniyyətlə daha çox su içməyə başladı.