Unilever şirkətinin təmizlik məhsulu olan Cif Ruminiyada hasarlarda və divarlarda olan təhqiredici və anlamsız divar yazılarını təmizləmək üçün layihə başladıb. Şirkət MRM/McCann Romania ilə birgə layihə üçün mobil telefon tətbiqi hazırlayıb.


 


Komanda təmizlik məhsuları və parçalar ilə yazılı divarlar olan əraziyə gəlib və divarları təmizləməyə başladılar. Layihənin rəsmi internet saytında təmizlənmiş yerləri və onların təmizlikdən öncəki və sonrakı halını görmək mümkündür. Nəticədə 385 yer təmizləndi. Layihənin internet saytı isə 250 000-dən çox insan toplaya bildi.