Paul Smith məhdud sayda futbol topu istehsal etdi. Bu futbol toplarının dizaynı markaya uyğun olaraq hazırlanmışdır. Futbol topu dəridən hazırlanıb və cəmi 250 ədəddir. Futbol oyununun əsas atributu olan “Top” haqqındakı reklam çarxının müəllifi gənc və istedadlı rejissor Oliver Hadlee Pearchdır.
Reklam çarxında sərbəst futbol üzrə dünya çempionu və Ginnesin rekordçusu John Farnworth ən məşhur dizayn mağazalarından biri olan “Westbourne House”da futbol topu ilə oynayır. Gənc adam “Paul Smith”in yeni yay kolleksiyasından olan geyimdədir.