Yaponiyada emosional reaksiyalar verə bilən Pepper adlı robot hazırlanıb. O, üzümüzə gələn Fevral ayında bazara təqdim olunacaq. Bu robotu iş adamı Masayoshi Sonun sahibi olduğu Softbank şirkəti hazırlayıb.


 


Emosional reaksiyalar verə bilən Pepper 120 sm uzunluğundadır.  Masayoshi Son “Pepperin emosional bir robot olduğunu, ətrafına reaksiya verə bildiyini və adi danışıqların 70-80 %-ə qədərini anlaya bildiyini” qeyd edib.