Louis Vuitton dizayn, incəsənət və memarlıq sahəsində altı yaradıcı və ixtiraçı insanı bir araya topladı. Məqsəd onların 1896-cı ildə Louis Vuittonun oğlu George tərəfindən yaradılmış əfsanəvi modalar evinə məxsus çanta və çamadanların dizaynı haqqında yeni fikirlər yaratması idi.
The Icon and the Iconclasts adlı layihədə Frank Gehry, Rei Kawakubo, Karl Lagerfeld, Christian Louboutin, Marc Newson və Cindy Sherman iştirak etdi. Layihə “Louis Vuitton”un vitse-prezidenti Delphine Arnault və qadın çanta kolleksiyasının direktoru Nicolas Zheskerin təşəbbüsü ilə icra edildi.
Məhdud sayda olan kolleksiya Oktyabr ayının ortalarında “Louis Vuitton”un seçilmiş mağazalarında satışa təqdim olunacaq. Kolleksiyanın reklamı üçün xüsusi dizayna sahib mağazalar hazırlanacaq. Əməkdaşlıq şərəfinə keçiriləcək Tədbir Noyabr ayının 7-də Nyu-Yorkda baş tutacaq.