H&M  Ogilvy & Mather Shanghai təşkilatı ilə birlikdə Asiya bazarında musiqi layihəsi təqdim etdi. “Fashion Mixer” musiqi yaratmaq üçün bir qarışdırıcı kimi istifadə oluna bilən geyim kataloqu təqdim edir.


 


Layihə “Divided”ın yeni kişi və qadın kolleksiyasına əsaslanır. Kolleksiyadan olan hər bir əşya xüsusi səs ilə əlaqələnir. İstifadəçilər mobil telefon üçün olan xüsusi tətbiqin köməyi ilə bu səsləri mix edə biləcəklər.


 


Nəticədə Facebook, WeChat və Weibo sosial şəbəkələrində paylaşmaq mümkün olan orijinal musiqi parçaları alınır. Yaradılmış musiqi parçaları “op Mixers 100 Chart”a düşəcək və müəlliflər mükafat olaraq “Skullcandy” qulaqcıqlarını qazanmış olacaq. Müsabiqədə Malayziya, Sinqapur, Hong Kong və Çin vətəndaşları iştirak edə bilər.