Yaponiya şirkəti nolan Toyota uçan avtomobil hazırlamaqla məşğuldur. Bu haqda San Franciscoda keçirilən tədbir zamanı şirkətin texniki komandasının başçısı Hiroyoshi Yoshiki məlumat verib.
Onun sözlərinə görə “avtomobil çox yüksəklərə qalxa bilməyəcək lakin, yolda yuxarıya qalxa və yolun üzərinə yüksələrək uça biləcək”. Avtomobil istehsalçısı bu üsul ilə sürtünməni azaltmaq və nəqliyyat səmərəliliyinin artırılması niyyətindədir. Hiroyoshi Yoshiki uçan avtomobilin nə zaman təqdim olunacağı haqqında daha ətraflı məlumat verməkdən imtina edib.