Apple şirkəti “AppStore”da futbol üzrə Dünya Çempionatına həsr olunmuş xüsusi bir sahə yaratdı. Dünya Çempionatı başladı və Apple şirkəti bu futbol festivalını ən maraqlı şəkildə izləməyiz üçün Sizə müxtəlif tətbiqlər təklif edir.


 


Dünya Çempionatına həsr olunmuş bu xüsusi sahə dörd hissəyə ayrılmışdır: Soccer Apps: Bu hissədə Dünya Çempionatını izləmək üçün lazımlı bütün tətbiqləri tapa bilərsiniz. 


 


Football Games: Əgər Sizə izləmək kifayət etmirsə buradakı bütün futbol oyunları həyəcanınızı qat-qat artıracaq. Share The Fever: Futbol izləməyin ən əyləncəli tərəflərindən biri onu dostlarla paylaşmaqdır. Bu hissədəki tətbiqlər futbol xəbərlərini və oyun nəticələrini bölüşmək üçündür. Discover Brazil: Dünya Çempionatını təşkil etmiş Braziliyaya getməsəniz belə bu hissədəki tətbiqlər ilə getmiş kimi olacaqsınız.