Nike 3D formatından istifadə edərək futbol çantası hazırladı. Şirkətin iddiasına görə bu üsul ilə hazırlanmış idman çantası dünyada ilkdir. Portuqaliya sözü olan “Rebent” ilə adlandırılan bu idman çantası Neimar, Ronaldo və Rooney kimi bir neçə məşhur futbolçuya təqdim olunacaqdır.


 


Hər bir çanta üzərinə futbolçunun adı həkk olunmuş qızıl təbəqə ilə bəzədilmişdir. Qara dəridən hazırlanmış çantanın aşağı hissəsi həsirin içərisindədir. Çanta bu həsirə yapışdırılmadığından lazımlı anlarda onu asanlıqla çıxarmaq mümkündür. Çantanı əhatə edən həsir lazer neylon vasitəsi ilə hazırlanmışdır. Naxış isə "Flyknit" futbol ayaqqablarının görüntüsünü təkrarlayır. Oyunçular həmçinin 3D formatında hazırlanmış qoruyucular da əldə edəcəklər.