İtaliyan modalar evi olan Valentino, geyim, ayaqqabı və aksesuar kolleksiyasına həsr olunmuş “Camubutterfly” adlı reklam kampaniyası təqdim etdi. Bu kolleksiya 2014 payız geyimlərini əhatə edir. Kolleksiyadan olan hər bir məhsul müxtəlif kəpənəklər ilə əhatə olunmuşdur.


 


Brend yeni kolleksiyasını “A Kaleidoscope of Butterflies” reklamçarxı vasitəsilə tanıtdı. Bu reklamçarxı brendin rəsmi YouTube kanalında, Facebook səhifəsində və rəsmi internet saytında nümayiş olunub.