Diyircəkli qələm brendi olan  BIC yeni layihə başlatdı. Bu layihə bütün dünyadan olan insanlara ümumi yazı tipini yaratmaq üçün öz əl yazısını paylaşmağı təklif edir. Sözügedən layihə insanlar ilə dövrü yazı tipi texnologiyası arasında emosional fiziki əlaqəni həyata keçirəcək.


 


Təcrübənin rəsmi internet saytında ingilis əlifbasının 26 hərfindən istifadə edərək müxtəlif insanlar tərəfindən yazılan çoxlu “əlyazma” nümunələri yerləşdirilib. Siçan və ya sensor ekrandan istifadə edərək əlifbanın bütün hərflərini müstəqil şəkildə yazmaq və onu sayta əlavə etmək mümkündür.


 


Bunu özünün şəxsi Facebook ünvanı və yaxud da gizli şəkildə etmək olar. Hal-hazırda saytda 83 ölkədən olan müxtəlif  insanlar tərəfindən 400 000-dən çox hərif yazılıb. Onların əl yazmaları optimal yazı tipi yaratmaq üçün təhlil olunur. BIC hazırlanacaq yazı tipini Avqust ayında təqdim edəcək.