“Bank of Baku” internet saytlarda təhlükəsiz alış-veriş üçün yeni xidmət növünü təqdim edir - əvvəlcədən ödənilmiş virtual kart. Əvvəlcədən ödənilmiş virtual kart - material daşıyıcısı olmayan, lakin VİSA və MasterCard ödəmə sistemlərinin keçərli olduğu internet saytlarında alış-veriş kartıdır.



Virtual kartı əldə etmək üçün banka baş çəkib debet kart almağa və heç bir sənədin doldurulmasına ehtiyac yoxdur. Virtual kartı istənilən vaxt “Bank of Baku”nun ödəniş terminalları vasitəsi ilə əldə oluna bilər. Müştəri sadəcə olaraq mobil telefon nömrəsini və yerləşdirəcəyi məbləği terminalın monitoruna daxil edir.



Əvvəlcədən ödənilmiş virtual kart:



1. Müddət: 3 ay


2. Komissiya: 3 AZN


3. Maksimal məbləg:150 AZN(komissiya xaric)



Əməliyyatın sonunda kart rekvizitlərinin bir hissəsi müştəriyə çekdə təqdim olunur, digər hissəsi isə müştərinin qeyd etdiyi mobil telefonuna SMS-lə daxil olur.




Virtual kartın sahibi internetdə alış-veriş edərkən aşağıdakı məlumatı daxil etməlidir:



Çekdə əks olunmuş 16 rəqəmli kodu


SMS-lə daxil olmuş 3 rəqəmli CVV kodu və kartın bitmə tarixi



Virtual kartı ilə əməliyyatlar kifayət qədər rahat, təhlükəsiz və sadədir. “Bank of Baku”nun ödəniş terminallırının ünvanları burada: http://www.bankofbaku.com/az/filials-and-atms/terminals/



Daha ətraflı:



145 Məlumat Mərkəzi


www.facebook.com/bankofbaku


www.bankofbaku.com