"Pantene" səbəb oldu və ya olmadı hər zaman üzr istəyən qadınlara həsr olunmuş “Sorry Not Sorry” adlı kampaniya başlatdı. Reklam çarxında sanki günahkar kimi salamlaşmaq və ya müraciət etmək əvəzinə səssiz jest ilə “üzr istəyirəm” və yaxud da “bağışlayın” sözlərini tələffüz edən gənc və gözəl qadınlar göstərilib.


 


Reklam çarxının ikinci hissəsində həmin qadınlar “bağışlayın” sözünü müvafiq ifadələr ilə əvəz edir və həmin an daha çox özünə əmin təsiri bağışlayır. "Əlbəttə, bəzən nəzakət xatirinə “Bağışlayın” sözünü işlətmək olar. Hər zamanmı? Heç bir təqdirdə. Qadın olaraq biz özümüz özümüzü zəiflədirik (kişilər heç bir zaman oxşar vəziyyətdən istifadə etmir)-“YouTube”da reklam çarxının şərhində yazılıb. Reklam çarxının sonunda “güclü və parlaq ol” hashtagının çağırışı var.