Asiya havayolları olan "Cebu Pacific" hal-hazırda yağış mövsümü olan “Hong Kong”da yeni bir layihə başladıb. May ayından Noyabr ayınadək ölkədə cəmisi 100 günəşli gün olur. Qalan bütün günlər isə ancaq yağışlı olur. Geometry Global təşkilatı sözügedən mövzuya aid sadə lakin diqqət çəkən bir layihə hazırladı.


 


“Hong Kong”  küçələrində asfaltların üzərində yoldan keçənlərin QR kod ilə skan etdiyi zaman Cebu Pacific saytına və İslandiya adalarına 50% endirimlə bilet əldə etmək mümkün olan səhifəyə keçən “Filippində günəşlidir” yazıları həkk olunub. Yazılar trafaret və su keçirməyən xüsusi spreyin köməyi ilə hazırlandığından yalnız yağış yağdığı zaman görünür. Layihə çox uğurlu olduğundan bir ay müddətində biletlərin satışı 37% artıb.