Şəbəkələrdə eyni zamanda iki məşhur insan Kara Devlin və Kate Mossun iştirak etdiyi “Burberry”nin reklam kampaniyasından olan fotoşəkillər nümayiş olunub. Kara Devlin və Kate Moss məşhur modalar evi “Burberry”nin siması oldu.
Kara Devlin çəkiliş meydanından olan pozitiv anları və fotoşəkilləri sosial şəbəkələrdə öz izləyiciləri ilə paylaşıb. Reklam kampaniyasının fotoşəkillərini məşhur fotoqraf Mario Testino çəkib.